ABŞ Dövlət katibi Entoni Blinlen telefon danışığından sonra “Twitter” səhifəsində qeyd edib və orada ABŞ-ın Ermənistan və Azərbaycana sabit sülhün əldə edilməsində yardım etmək öhdəliyini bir daha təsdiqlədiyini bildirib. ABŞ dövlət katibi yazıb: “Cənubi Qafqazda sülhün yeganə yolu diplomatiyadır”.
Bu qeyd kifayət qədər qeyri-müəyyən səslənir. Çünki Dövlət Departamentinin nümayəndəsi Vedant Patel Blinkenlə Paşinyan arasında telefon danışığı ilə bağlı bəyanatında qeyd edib ki, Dövlət katibi “Ermənistanın sülhə ünvanlanmış davamlı öhdəliyinə görə baş nazir Paşinyana təşəkkür edib və həll olunmamış problemlərin həlli yollarını tapmaq üçün konkret addımlar atmağa çağırıb”. Təbii ki, söhbət Qarabağdakı seperatçıların təmizlənməsi və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərə aiddir. Blinken açıq şəkildə Ermənistanı konkret addımlar atmağa səsləyirsə, deməli Vaşinqton məhz Paşinyanın prosesi yubatdığına inanır.
Təbii ki, sülhə gedən yol diplomatiyadır, amma bütün məsələ diplomatiya yolu ilə getməyə kimin və ya kimlərin maraqlı olmasıdır. Seperatizmə dəstək çərçivəsində güc və təhdidlə gedilən o yolda hansı qiymət və məsuliyyətin olduğu dəqiqdir. Məsələn, Ukrayna istiqamətində müharibə yolu ilə “irəliləmiş” Rusiya qarşısında məsuliyyət mexanizminin şübhəsiz işləməsi kifayət qədər qəribə və müəmmalıdır. Lakin faktiki olaraq müharibə yolundan ayrılmamış Ermənistanla bağlı praktiki olaraq heç bir tədbir görülmür. Təbii ki, siyasi maraqlar və motivlər kontekstində situasiya kifayət qədər başa düşüləndir. Lakin bu halda problem ondadır ki, sülhün diplomatiya yolu ilə əldə edilməsiylə bağlı istənilən bəyanat heç bir güc mərkəzini Qafqazda hər hansı yeni zorakılıq dalğasından azad etməyəcək.
Firuz Bağırov
Ordu.az